3 C
Baku
Monday, January 13, 2025

İnvestorlar Trampın qələbəsindən sonra ABŞ səhm fondlarına $140 mlrd. sərmayə qoyublar

Noyabrın 5-dən, yəni Donald Trampın ABŞ prezident seçkilərində qalib gəlməsindən sonra investorlar Amerika səhmləri ilə işləyən fondlara təxminən 140 milyard dollar sərmayə qoyublar. Bu, 2000-ci ildən bəri bir ay ərzində ən böyük göstəricidir.

Belə ki, S&P 500 indeksi ay ərzində 5.3% artıb, bitkoin isə bir neçə dəfə rekordu yeniləyib. Ekspertlərin fikrincə, bu, seçilmiş ABŞ prezidentinin siyasəti ilə bağlı investorların gözləntilərini əks etdirir. Onun korporasiyalar üçün faydalı olacağı və vergilərin azaldılması, tənzimləmənin sadələşdirilməsi, habelə digər oxşar tədbirləri əhatə edəcəyi gözlənilir.

“SLC Management” investisiya şirkətinin icraçı direktoru Dek Mullarkinin qeyd etdiyi kimi, cənab Trampın hökumətdə maliyyə və iqtisadi sahədə yüksək vəzifələr üçün namizədlər seçməsi “bazar üçün kifayət qədər əlverişlidir” və ümumilikdə müsbətdir.

“Dünyada geosiyasi risklər artıqda, ABŞ təhlükəsiz sığınacaq olur, həmin geosiyasi risklərin səbəbi özü olsa belə”, – deyə Dek Mullarkin bildirib.

Son xəbərlər
Digər xəbərlər