9 C
Baku
Thursday, December 12, 2024

Azərbaycan Beynəlxalq Bankı korporativ üslubunu dəyişir

Azərbaycan Beynəlxalq Bankı yeni inkişaf strategiyası çərçivəsində korporativ üslubunu da dəyişir. İlk dəyişiklik loqotiplə bağlıdır. Azərbaycan Beynəlxalq Bankını indi şəbəkə naxışlarının yaratdığı səkkiz guşəli ulduz simvolizə edəcək. Loqotipdə milli ornamentlərdən istifadə mədəniyyətimizə verilən yüksək dəyər olmaqla yanaşı, Bankın əsas fəaliyyət qayəsinin vizual ifadəsinə də kömək göstərir.
Şəbəkəvarı ulduz təsviri öz dinamikliyi ilə əbədi hərəkəti, vəhdəti vurğulayır. Eyni zamanda, Azərbaycan Beynəlxalq Bankının daimi inkişafa can atmasını rəmzləşdirir.

Bankın korporativ rənginin əvvəlkindən bir qədər fərqli çalarda – açıq göy rəngdə müəyyənləşdirilməsinin də simvolik mənası var. Bu rəng qarşılıqlı inamı, ciddiliyi, bankın dayanıqlığını ifadə edir. Göy rəngin açıq çaları həm də, parlaqlıq, aydınlıq ovqatı yaradır. Göy rənglə harmoniya təşkil edən ağ rəng isə məmnuniyyətə, açıqlığa işarədir.

Bankın korporativ üslubunda baş verən daha bir yenilik də sloqan seçimidir: “Uğuruna imza at!” Azərbaycan Beynəlxalq Bankı ilə tərəfdaşlığı müştərilər üçün əsas uğur faktoruna çevirməyə çalışan Bank bundan sonra onlara belə bir sloqanla üz tutacaq.

Azərbaycan Beynəlxalq Bankı ölkəmizin ən böyük bankıdır. Bankın 24 ildən çox olan fəaliyyət tarixi Azərbaycanın müstəqillik tarixinin bir parçasıdır. Bu gün Bank yeni inkişaf mərhələsinə qədəm qoyub. Bu mərhələnin başlıca hədəfləri ölkəmizin sosial-iqtisadi həyatında yaxından iştirak edərək Azərbaycanın inkişafına davamlı töhfələr vermək, Bankın bazar mövqelərini qorumaq, əsas dəyər kimi müştəri inamına sadiqlikdir.

35 filiala və 43 şöbəyə malik olan Azərbaycan Beynəlxalq Bankının məhsul və xidmətləri barədə daha ətraflı məlumatı www.ibar.az internet səhifəsindən, Bankın filial və şöbələrindən, yaxud (012) 937 və ya *2265 nömrəli Məlumat Mərkəzindən əldə etmək mümkündür.

Son xəbərlər
Digər xəbərlər