Məhkəmə şirkətə yazılan 20 min manat üzərində cəriməyə xitam verdi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin “Flashpen” MMC barəsində İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə tərtib etdiyi cərimə protokolu rayon məhkəməsində baxılıb.

Banker.az xəbər verir ki, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Elnurə Rəcəbovanın sədrliyi ilə keçirilən iclasda inzibati xəta ilə bağlı protokolun icraatına xitam verilib.

Bildirilir ki, MMC barəsində başlanılmış inzibati xəta haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyinin sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyinin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə olunduqda xitam verildi.

İXM-in 192.1-ci maddəsinə görə Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə fiziki şəxslər 1000 manatdan 2000 manatadək məbləğdə, vəzifəli şəxslər 3000 manatdan 5000 manatadək məbləğdə, hüquqi şəxslər 20 000 manatdan 25 000 manatadək məbləğdə cərimə edilir.

Xatırladaq ki, “Flashpen” MMC 2022-ci ildə 10 manat nizamnamə kapitalı ilə təsis edilib. Onun direktoru Namiq Quluzadə Nizam oğludur.

Son xəbərlər
Digər xəbərlər