8 C
Baku
Monday, January 13, 2025

Bu il SİF sahibkarlara ₼212 mln.-a yaxın güzəştli kredit verib

Bu ilin yanvar-noyabr aylarında Sahibkarlığın İnkişafı Fondu (SİF) müvəkkil kredit təşkilatları vasitəsilə sahibkarlara 211,7 milyon manat güzəştli kredit verib.

Bu barədə Fond məlumat yayıb.

Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 43,6% çoxdur.

Bildirilib ki, güzəştli kreditlər 5 144 layihənin maliyyələşdirilməsinə ayrılıb.

Qeyd edək ki, sahibkarlar SİF-in güzəştli kreditlərindən yararlanmaq üçün müvəkkil kredit təşkilatlarına müraciət etməlidirlər. Müvəkkil kredit təşkilatlarına Fondun əməkdaşlıq etdiyi 20 bank, 9 bank olmayan kredit təşkilatı və 10 kredit ittifaqı aiddir.

MənbəREPORT
Son xəbərlər
Digər xəbərlər