Dövlətin iki illik dövlət istiqrazlarının orta gəlirliliyi öncəki ayla müqayisədə daha da yüksələrək 10.5 faizə qalxıb.
Banker.az xəbər verir ki, 728 günlük istiqrazların alışı üçün 13 investor müştəri çıxıb və 29 sifariş veriblər.
Hərracda kəsmə qiymət 10.7 faiz, minimal 10 faiz və maksimal hədd isə 11 faiz təşkil edib. İstiqrazların gəlirliliyi 10.51 faiz olmaqla 2020-ci ilin mayından bu tərəfə maksimal həddə yüksəlib. Keçən həftə də iki illik dövlət istiqrazlarının orta qiyməti 10.12 faiz təşkil etmişdi.
Dövlət istiqrazlarının gəlirliliyinin artması ona olan tələbin düşməsini əks etdirir. Bu isə əsasə sərt monetar şəraitdə bankların bu növdə qiymətli kağızlara olan marağını azaldır. Banker.az bunula bağlı dəfələrlə məqalə dərc edib.
10 dekabr 2024-cü il tarixində Bakı Fond Birjasında Maliyyə Nazirliyinin 728 gün olan istiqrazlarının yerləşdirilməsi üzrə hərracın nəticələri:
Emitent | Azərbaycan Respublikasının Maliyyə Nazirliyi |
Dövlət istiqrazının növü | Kuponlu, ortamüddətli dövlət istiqrazları |
Dövlət qeydiyyat nömrəsi – İSİN | AZ0201070395 |
İstiqrazların tədavül müddəti | 728 gün |
Buraxılış həcmi | 80,000,000 manat |
Nominal dəyəri | 100 manat |
Minimal qiymət | 94.7422 (11.0000%) manat |
Maksimal qiymət | 96.4540 (10.0000%) manat |
Kəsmə qiyməti | 95.2516 (10.7000%) manat |
Ortaçəkili qiyməti | 95.5763 (10.5098%) manat |
Reallaşdırılmış həcmi | 23,679,100 manat |
Sifarişlərin Ümumi həcmi (nominal qiymətlə) | 38,471,400 manat |
İnvestor sayı | 13 |
Sifarişlərin sayı | 29 |
Ödəmə tarixi | 08.12.2026 |
Anderrayter | “PAŞA Kapital İ.Ş.” QSC |