11 C
Baku
Wednesday, November 13, 2024

Azərbaycanda kredit götürənə zamin duran həbs edildi

“Rabitəbank”dan götürülən kreditə görə zamin duran şəxs həbs edilib.

Adı açıqlanmayan bir vətəndaşın “Rabitəbank”dan götürdüyü kreditə görə 7225,7 manat borcu qalıb. Həmin kredit üzrə banka girov qoyulub və 3 nəfər zamin olub.

Martın 11-də Səbail rayon məhkəməsinin hakimi Rauf Əhmədov zaminlərdən biri olan 28 yaşlı Vahid Kərimovun həbs edilməsi barədə qərar verib.

Vəkil Əkrəm Həsənov bildirib ki, V.Kərimov və həyat yoldaşı işsizdir, 2 və 3 yaşlarında iki övladı var. Hazırda həbsdə olan V.Kərimov banka olan borcdan 200 manat ödəyib. Krediti götürən şəxs və digər zaminlər heç bir ödəniş etməyib və onlara qarşı heç bir addım da atılmayıb.

Rayon məhkəməsinin qərarında apellyasiya şikayəti verilib. Bu gün saat 16.00-da Bakı Apellyasiya Məhkəməsində hakim Qail Məmmədovun sədrliyi ilə apellyasiya şikayətinə baxılacaq.

Qafqazinfo

Son xəbərlər
Digər xəbərlər