10 C
Baku
Wednesday, December 11, 2024

Bayden administrasiyası yeni Suriya hökumətini tanıyacağını bəyan edib

Bayden administrasiyası yeni Suriya hökumətini tanıyacağını və dəstəkləyəcəyini bəyan edib.

Bu barədə ABŞ Dövlət katibi Antoni Blinken bildirib.

Qeyd edib ki, ABŞ Suriyadakı qruplarla və prezident Bəşər Əsədin devrilmiş hökumətindən sonra keçid prosesini rahat baş verməsini təmin etmək üçün regional tərəfdaşlarla işləyəcək.

“ABŞ terrorizmdən əl çəkən, kimyəvi silah ehtiyatlarını məhv edən, etnik azlıqların və qadınların hüquqlarını qoruyan yeni Suriya hökumətini tanıyacaq və dəstəkləyəcək”, – deyə o vurğulayıb.

Blinken ABŞ-ın hansı qruplarla işləyəcəyi barədə dəqiq məlumat verməsə də, Dövlət Departamenti Suriyanın əsas üsyançı qruplaşmasını terror təşkilatı kimi tanımasına baxmayaraq, onunla danışıqları istisna etməyib.

MənbəAZƏRTAC
Son xəbərlər
Digər xəbərlər