“Aztelekom” MMC-də 2 yeni təyinat olub.
Banker.az xəbər verir ki Arif Rəsulov isə departamentin tərkibində Daxili audit şöbəsinin rəhbəri təyin edilib. Bununla yanaşı, Nizami Mazgarov Şikayət və Hesabatlıq şöbəsinin müdiri, həmçinin Baktelekomda eyni adlı şöbəyə rəhbər təyin edilib.
Arif Rəsulov buna qədər “Aztelekom”da daxili auditor, baş auditor kimi vəzifələrdə çalışıb. O, bakalavr təhsilini Azərbaycan Dövlət İqtisad Universitetində alıb.
Nizami Mazgarov isə 2021-ci ilin mayından 2024-cü ilin noyabr ayına kimi “Azercell Telekom”da məsləhətçi kimi çalışıb.