1 C
Baku
Saturday, December 14, 2024

Azərbaycanda problemli valyuta kreditlərinin həcmi son bir ildə 3 dəfə artıb

Azərbaycanda kommersiya banklarının vaxtı keçmiş kreditlərinin həcmi 2016-cı il fevralın 1-nə 1 314,6 mln. manat təşkil edib. Agentliyin Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən verdiyi xəbərə görə, vaxtı keçmiş kreditlərin həcmi yanvarın 1-nə olan göstərici ilə müqayisədə 193,9 mln. manat və ya 12,8% azalıb, keçən ilin analoji dövrü ilə müqayisədə isə 283,7 mln. manat və ya 27,5% artıb.

Vaxtı keçmiş kreditlərin məcmu kreditlərdə xüsusi çəkisi fevralın 1-nə 6,2% təşkil edib. Qeyd edək ki, yanvarın 1-nə bu göstərici 6,9%, 2015-ci ilin analoji dövründə isə 5,5% olub.

Milli valyutada vaxtı keçmiş kreditlərin həcmi fevralın 1-nə 659,5 mln. manat olub ki, bu da yanvarın 1-nə nisbətən 180,7 mln. manat və ya 21,5%, ötən ilin fevralın 1-i ilə müqayisədə isə 167 mln. manat və ya 20,2% azdır.

Milli valyutada vaxtı keçmiş kreditlərin məcmu manatla kreditlərdə xüsusi çəkisi fevralın 1-nə 6,5%, yanvarın 1-nə 7,6%, keçən ilin analoji dövründə isə 6,1% təşkil edib.

Xarici valyutada vaxtı keçmiş kreditlərin həcmi fevralın 1-nə 655,1 mln. manat təşkil edib ki, bu da yanvarın 1-i ilə müqayisədə 13,2 mln. manat və ya 2% azdır, ötən ilin analoji dövrü ilə müqayisədə isə 450,7 mln. manat və ya 3,2 dəfə çoxdur.

Xarici valyutada vaxtı keçmiş kreditlərin məcmu valyuta kreditlərində payı fevralın 1-nə 6%, yanvarın 1-nə 6,2%, 2015-ci ilin analoji dövründə isə 4,1% olub.

Report

Son xəbərlər
Digər xəbərlər