8 C
Baku
Friday, December 13, 2024

“Bank Respublika” əmanətlər üzrə faiz dərəcələrini artırdı

“Əmanətlərin tam sığortalanması haqqında” qanuna edilmiş dəyişikləri nəzərə alaraq, “Bank Respublika” fiziki şəxslərin manatla yerləşdirilən müddətli əmanətlərinə daha yüksək faiz dərəcəsi tətbiq etdi.

İndi milli valyuta ilə fiziki şəxslərin əmanətlərinin maksimal faiz dərəcəsi faizlərin 6 aydan sonra çıxarıldığı təqdirdə illik 4,5%-dən 10%-ə qaldırıldı. 12 aydan 36 ay müddətinə qoyulan əmanətlərdə faiz gəlirləri müddətin sonunda çıxarıldığı halda faiz dərəcəsi 2% artırılaraq illik 12% təşkil edəcək.

Depozit hesabını bankın istənilən filial və ya şöbəsində açdırmaq mümkündür. Yeni faiz dərəcələri bankın təmsil olunduğu bütün bölgələrə aiddir.

Bank Respublika Azərbaycan Əmanətlərin Sığortalanması Fondunun üzvüdür və banka yatırılan bütün əmanətlər Fondun şərtlərinə uyğun olaraq sığortalanır.

Qeyd edək ki, Fond tərəfindən sığortalanan əmanətlər üzrə maksimal illik faiz dərəcəsi məbləğindən asılı olmayaraq 12% təşkil edir.

Trend

Son xəbərlər
Digər xəbərlər