“Time” jurnalı ABŞ-nin yeni seçilmiş prezidenti Donald Trampı ilin adamı elan edib. Demokratlar Partiyasının nümayəndəsi Hillari Klinton “ilin adamı” adına ikinci namizəd olub.
“Bu, böyük şərəfdir. Bu, mənim üçün çox şey deməkdir”, – Tramp “NBC” telekanalına müsahibəsində deyib.
“Time” jurnalı 1927-ci ildən “İlin adamı” nominasiyasını verir. Jurnal ötən il baş verən hadisələrə ən çox təsir edən şəxsi seçir. 2015-ci ildə ilin adamı Almaniya kansleri Angela Merkel seçilmişdi.