Amerikanın onlayn riteyleri “Amazon” ABŞ-nin yeni seçilmiş prezidenti Donald Trampın inauqurasiya fonduna 1 milyon dollar ianə etmək niyyətindədir, bu barədə “The Wall Street Journal” məlumat verib. Xatırladaq ki, Mark Zukerberqin “Meta” şirkəti də Trampa 1 milyon dollar bağışlayıb.
Qəzet qeyd edir ki, “Amazon” və digər texnologiya şirkətləri respublikaçının rəhbərlik etdiyi Ağ Evin yeni administrasiyası ilə münasibətləri yaxşılaşdırmağa çalışır. 2023-cü ilin əvvəlində Donald Trampın iki il əvvəl bloklanmış “Facebook” və “Instagram” hesabları blokdan çıxarılıb.
2024-cü ilin avqustunda cənab Tramp vəd etmişdi ki, Zukerberq “həyatının qalan hissəsini həbsdə keçirəcək”, əgər 2024-cü il seçkilərinə təsir göstərməyə çalışarsa. Qeyd edək ki, “Meta”nın rəhbəri seçkilərdə heç bir namizədi dəstəkləməyib.