6 C
Baku
Wednesday, January 15, 2025

Azərbaycanda idxal olunan məhsullar bahalaşıb

Azərbaycana bu il xaricdən daxil olan məhsulların qiymətləri öncəki illə müqayisədə xeyli baha başa gəlir.

Banker.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, ilin ilk 10 ayı üzrə idxal edilmiş məhsulların qiymətləri öncəki illə müqayisədə 17.8 faiz daha bahadır. Məsələn bu öncəki ay – sentyabra qədər ortalama 17.5 faiz, cari ilin ilk yarısının sonu 15.6 faiz idi.

Azərbaycan Mərkəzi Bankı idxal inflyasiyasına xüsusi diqqət yetirir. Belə ki, manatın sabit məzənnədə qalmasının dəfələrlə bu qiymət artımlarına neytrallaşdırıcı təsiri vurğulanıb.

Azərbaycan məhsullarda idxal məhsullarının mühüm paya sahib olması qiymətləri həmişə tətikləyən amil kimi baxılır. Qiymət indeksinin yüksək olması daxili istehlak mallarının maya dəyərini artırır və inflyasiyaya səbəb ola bilər. Bu, xüsusilə ərzaq və əsas istehlak mallarının idxaldan asılı olduğu vəziyyətlərdə daha çox nəzərə çarpır.

Dövlət Statistika Komitəsi keçən ayda illik inflyasiyanın ölkə daxilində 3.4 faizdən 4.4 faizə yüksəldiyini açıqlayıb. Beləliklə, cari ilin aprelindən bu tərəfə istehlak qiymətləri indeksi yalnız artan xətlə davam edib. Bununla belə, inflyasiya hazırkı durumda hələ ki, Mərkəzi Bankın hədəf çərçivəsinin maksimumuna çatmaq üçün hələ 1.6 faiz bəndi var. AMB üçün məqbul inflyasiya hədəfi 2 və 6 faiz diapazonudur.

Xaricdən ən çox qiyməti bahalaşan məhsullar geyim və elektronika məhsullarıdır. Ölkənin pərakəndə ticarətində əsas paya sahib olan qida məhsulları isə ümumilikdə digər mal qrupları ilə nisbətən yumşaq dinamika ilə artıb. Hazır qida məhsulları keçən illə müqayisədə bu il cəmi 8.6 faiz, diri heyvan mənşəli məhsullar 7.5 faiz baha idxal edilərkən bitki məhsul qrupu üzrə qiymətlər hətta 1.7 faiz ucuzlaşıb.

Azərbaycanın xaricə ixrac etdiyi məhsullar isə illik müqayisədə – əksinə, 4.4 faiz ucuzlaşıb. Bu, əsasən enerji daşıyıcıları və neft məhsullarının keçən illə müqayisədə bu il daha ucuz ixrac olunması hesabına baş verib.

Cədvəl  14
2024-cü ilin yanvar-sentyabr aylarında idxal və ixrac olunan mallar üzrə qiymət indeksləri
Bölmələr və mal qrupları üzrə
    2024-cü ilin yanvar-sentyabr ayları əvvəlki ilin müvafiq dövrünə nisbətən
İdxal olunan məhsullar üzrə qiymət indeksləri, faizlə İxrac olunan məhsullar üzrə qiymət indeksləri, faizlə
    Diri heyvanlar; Heyvan mənşəli məhsullar 106.8 111.7
  01   Diri heyvanlar 100.1 112.5
  02   Ət və qidaya yararlı əlavə ət məhsulları 110.3 89.7
  03   Balıqlar və xərçəngkimilər, molyusklar və digər su onurğasızları 113.5 109.5
  04   Süd məhsulları; Quş yumurtası; Təbii bal, başqa yerdə adları çəkilməyən və daxil edilməyən heyvan mənşəli qida məhsulları 106.8 96.1
  05   Başqa yerdə adları çəkilməyən və ya daxil edilməyən heyvan mənşəli məhsullar 130.2 171.5
    Bitki mənşəli məhsullar 97.7 111.4
  06   Canlı ağaclar və digər bitkilər; soğanaqlar, köklər və bitkilərin digər analoji hissələri; Kəsilmiş çiçəklər və dekorativ bitkilər 133.3 104.3
  07   Tərəvəz və bəzi yeməli meyvəköklülər və kök yumruları 112.1 104.7
  08   Yeməli meyvə və qoz-fındıq; Sitrus meyvələrinin və ya qovunun qabıqları 110.2 111.5
  09   Qəhvə, çay, mate və ya paraqvay çayı və ədviyyatlar 108.3 107.3
  10   Dənli bitkilər 83.7 92.4
  11   Unüyütmə-yarma sənayesi məhsulları; Səməni; Nişastalar;İnulin; Buğda özü 106.5 89.2
  12   Yağlı toxumlar və bar; Digər toxumlar, bar və dən; Dərman bitkiləri və texniki bitkilər; Saman və yem 122.3 109.9
  13   Təmizlənməmiş təbii şellak; Kitrələr, qatranlar və digər bitki şirələri və ekstraktları 99.8 105.3
  14   Hörmə məmulatlarının hazırlanması üçün bitki materialları; Başqa yerdə adları çəkilməyən və ya daxil edilməyən digər bitki mənşəli məhsullar 123.2 164.2
    Heyvan və ya bitki mənşəli piylər və yağlar və onların parçalanmasından alınan məhsullar; 95.2 106.7
  15   Heyvan və ya bitki mənşəli piylər və yağlar və onların parçalanmasından alınan məhsullar; Hazır qida piyləri; Heyvan və ya bitki mənşəli mumlar 95.2 106.7
    Hazır qida məhsulları; Alkoqollu və alkoqolsuz içkilər və sirkə; Tütün və onun əvəzediciləri 109.0 115.3
  16   Ətdən, balıqdan və ya xərçəngkimilərdən, molyusklardan və ya digər su onurğasızlarından alınan hazır məhsullar 120.0 113.4
  17   Şəkər və şəkərdən qənnadı məmulatları 99.2 103.8
  18   Kakao və onun məhsulları 118.6 115.6
  19   Taxıldan, undan, nişastadan və ya süddən alınan hazır məhsullar; Unlu qənnadı məmulatları 109.1 100.9
  20   Tərəvəzin, meyvənin, qoz-fındığın və ya bitkilərin digər hissələrinin emal məhsulları 118.2 133.4
  21   Müxtəlif qida məhsulları 108.1 117.6
  22   Alkoqollu və ya alkoqolsuz içkilər və sirkə 125.7 115.6
  23   Yeyinti sənayesinin qalıqları və tullantıları; Heyvanlar üçün hazır yem 103.5 86.2
  24   Tütün və tütünün sənaye əvəzediciləri 101.9 116.2
    Mineral məhsullar 119.9 92.7
  25   Duz; Kükürd; Torpaqlar və daş; Suvaq materialları, əhəng və sement 115.1 107.7
  26   Filizlər, şlak və kül 129.4 91.8
  27   Mineral yanacaq, neft və onun qovulma məhsulları; Bitumlu maddələr; Mineral mumlar 119.7 92.6
    Qeyri-üzvi kimya sənayesinin və onunla əlaqədar sənaye sahələrinin məhsulları 116.3 127.0
  28   Qeyri-üzvi kimya məhsulları; Qiymətli metalların, nadir torpaq metalların, radioaktiv elementlərin və ya izotopların qeyri-üzvi və ya üzvi birləşmələri 99.5 86.0
  29   Üzvi kimyəvi birləşmələr 104.9 126.9
  30   Əczaçılıq məhsulları 108.6 113.0
  31   Gübrələr 91.8 131.1
  32   Aşılayıcı və boyayıcı ekstraktlar; Tanninlər və onların törəmələri; Boyaqlar, piqmentlər və digər boya maddələri; Boyalar və laklar; Şpaklovka və digər mastikalar; Poliqrafiya boyaları, mürəkkəblər, tuş 132.8 109.6
  33   Efir yağları və rezinoidlər; Ətriyyat, kosmetika və tualet vasitələri 144.2 140.1
  34   Sabun, səthi-aktiv üzvi maddələr, yuyucu vasitələr, sürtkü materialları,süni və hazır mumlar,təmizləmə və ya pardaqlama üçün tərkiblər, şamlar və analoji məmulatlar, yapma üçün pasta, plastilin və diş müalicəsi üçün gips əsaslı tərkiblər 118.8 96.1
  35   Zülalii maddələr; Modifikasiya olunmuş nişastalar; Yapışqanlar; Fermentlər 124.8 103.2
  36   Partlayıcı maddələr; Pirotexniki məmulatları; Kibritlər; Pirofor ərintilər; Bəzi yanar maddələr 100.1 0
  37   Foto və kino malları 141.7 100
  38   Digər kimyəvi məhsullar 130.0 123.9
    Plastmaslar və onlardan hazırlanan məmulatlar; Kauçuk, rezin və onlardan məmulatlar 120.4 117.5
  39   Plastmaslar və onlardan hazırlanan məmulatlar 116.3 117.5
  40   Kauçuk, rezin və onlardan hazırlanan məmulatlar 132.2 132.6
    Emal olunmamış gönlər, aşılanmış dəri, təbii xəz və onlardan hazırlanan məmulatlar və s, 145.9 143.3
  41   Emal olunmamış gönlər (təbii xəzdən başqa) və aşılanmış dəri 90.2 143.6
  42   Dəri məmulatları; Sərraclıq-yəhər məmulatları və qoşqu; Yol ləvazimatları, çantalar və analoji mallar; Heyvanların daxili orqanlarından hazırlanan məmulatlar (barama qurdunun ipək ifraz edən vəzilərindən başqa) 149.1 104.8
  43   Təbii və süni xəz; Ondan hazırlanan məmulatlar 68.5 0
    Oduncaq və ondan hazırlanan məmulatlar;Ağac kömürü; Mantar və ondan hazırlanan məmulatlar və s, 110.7 78.6
  44   Oduncaq və ondan hazırlanan məmulatlar; Ağac kömürü 110.7 78.6
  45   Mantar və ondan hazırlanan məmulatlar 92.2 0
  46   Küləşdən, alfadan və digər hörmə üçün materiallardan məmulatlar; Səbət məmulatları və hörülmüş məmulatlar 131.4 100.0
    Oduncaqdan və ya digər lifli sellüloz materiallardan kütlə; Regenerasiya edilən kağızlar və s, 114.9 134.6
  47   Oduncaqdan və ya digər lifli sellüloz materiallardan kütlə; Regenerasiya edilən kağız və karton (makulatura və tullantılar) 90.3 100.0
  48   Kağız və karton; Kağız kütlədən, kağızdan və ya kartondan məmulatlar 110.6 102.8
  49   Çap edilmiş kitablar, qəzetlər, reproduksiyalar və poliqrafiya sənayesinin digər məmulatları; Əlyazmalar, makinada yazılan mətnlər və planlar 151.6 190.1
    Toxuculuq materialları və məmulatları 135.2 102.1
  50   İpək 96.9 110.8
  51   Yun, zərif və ya qaba heyvan tükü; At tükündən iplik və parça 90.9 0
  52   Pambıq 111.8 100.0
  53   Digər bitki mənşəli tekstil lifləri; Kağız iplik və kağız iplikdən parçalar 90.0 0
  54   Kimyəvi saplar, kimyəvi tekstil materiallarından yastı və analoji saplar 136.3 139.2
  55   Kimyəvi liflər 111.8 100.0
  56   Pambıq, keçə və ya fetr və toxunmamış materiallar; Xüsusi iplik; Ciyələr, kəndirlər, kanatlar və troslar və onlardan məmulatlar 109.0 100.2
  57   Xalçalar və digər tekstil döşəmə örtükləri 135.0 117.4
  58   Xüsusi parçalar; Taftinqli tekstil materiallar; Krujeva; Qobelenlər; Bəzək materialları; Naxış tikmələri 156.7 303.7
  59   Hopdurulmuş, üzlüklü və ya təkrarlanmış tekstil materialları; Texniki təyinatlı tekstil materialları 112.2 139.5
  60   Maşınla və əllə toxunmuş trikotaj parçalar 107.8 103.3
  61   Maşınla və ya əllə toxunmuş trikotaj geyim əşyaları və geyim üçün ləvazimatlar 145.4 108.3
  62   Maşınla və ya əllə toxunmuş trikotajdan başqa, geyim əşyaları və geyim üçün ləvazimatlar 141.0 135.2
  63   Digər hazır toxuculuq məmulatları; Dəstlər; İşlənmiş geyimlər və toxuculuq məmulatları; Cır-cındır 148.2 108.0
    Ayaqqabı, baş geyimləri, çətirlər, günəş qoruyucu çətirlər, çəliklər, lələklər və s, 130.0 109.9
  64   Ayaqqabı, getrlər və analoji məmulatlar; Onların detalları 131.2 109.8
  65   Baş geyimləri və onların hissələri 120.6 119.9
  66   Çətirlər, gündən qoruyucu çətirlər, çəliklər, çəlik-oturacaqlar, qırmanc, at miniciliyi üçün qamçılar və onların hissələri 109.3 100.0
  67   Emal edilmiş lələklər və pərğu və lələklərdən və ya pərğudan məmulatlar; Süni çiçəklər; İnsan saçından məmulatlar 114.4 134.8
    Daşdan, gipsdən, sementdən, asbestdən, qarğadüzündən (slyudadan) və ya analoji materiallardan məmulatlar 115.1 101.1
  68   Daşdan, gipsdən , sementdən, asbestdən, qarğadüzündən (slyudadan) və ya analoji materiallardan məmulatlar 118.8 124.9
  69   Keramika məmulatları 117.0 77.3
  70   Şüşə və ondan hazırlanan məmulatlar 109.2 88.8
    Mirvari, qiymətli və ya azqiymətli daşlar, qiymətli metallar, onlardan hazırlanan məmulatlar 157.6 171.3
  71   Təbii və ya becərilmiş mirvari, qiymətli və ya azqiymətli daşlar, qiymətli metallar, üzərinə qiymətli metallar çəkilmiş metallar və onlardan hazırlanan məmulatlar; Bijuteriya; Sikkələr 157.6 171.3
    Azqiymətli metallar və onlardan hazırlanan məmulatlar 114.7 104.0
  72   Qara metallar 103.7 107.9
  73   Qara metallardan məmulatlar 119.5 105.4
  74   Mis və ondan hazırlanan məmulatlar 109.9 108.1
  75   Nikel və ondan hazırlanan məmulatlar 137.6 100.0
  76   Alüminium və ondan hazırlanan məmulatlar 112.1 100.2
  78   Qurğuşun və ondan hazırlanan məmulatlar 86.7 98.5
  79   Sink və ondan hazırlanan məmulatlar 112.6 100.0
  80   Qalay və ondan hazırlanan məmulatlar 100.9 0.0
  81   Digər qiymətsizi metallar; Metal-keramika; Onlardan hazırlanan məmulatlar 101.0 80.6
  82   Qiymətsiz metallardan alətlər, qurğular, bıçaq məmulatları, qaşıqlar və çəngəllər; Onların qiymətsiz metallardan olan hissələri 145.4 141.9
  83   Qiymətsiz metallardan hazırlanan digər məmulatlar 134.7 133.2
    Maşınlar, avadanlıq və mexanizmlər; Elektrotexniki avadanlıq; onların hissələri və s, 127.9 123.1
  84   Nüvə reaktorları, qazanlar, avadanlıq və mexaniki qurğular; Onların hissələri 130.0 123.0
  85   Elektrik maşınlar və avadanlıq, onların hissələri; Səsyazma və səsləndirmə aparaturası, televiziya təsvirinin və səsin yazılması və canlandırılması üçün aparatura, onların hissələri və ləvazimatları 125.2 121.9
    Yerüstü nəqliyyat vasitələri, üzən vasitələr və nəqliyyata aid qurğular 109.9 94.7
  86   Dəmiryol lokomotivləri və ya mühərrikli tramvay vaqonları, dəmiryol nəqliyyat vasitələri və onların hissələri; Dəmiryol və ya tramvay xətləri üçün yol avadanlığı və qurğuları və onların hissələri; Bütün növ mexaniki siqnal avadanlığı 105.7 171.6
  87   Dəmiryolu və tramvay nəqliyyat vasitələrindən başqa, yerüstü nəqliyyat vasitələri və onların hissələri və ləvazimatları 112.3 90.1
  89   Gəmilər, qayıqlar və üzən konstruksiyalar 102.0 162.1
    Optik, fotoqrafiya, kinematoqrafiya, ölçü, nəzarət, çox dəqiq, tibbi cərahiyyə alətləri və s, 137.7 191.1
  90   Optik, fotoqrafiya, kinematoqrafiya, ölçü, nəzarət, çox dəqiq, tibbi və ya cərrahiyyə alətləri və aparatları; Onların hissələri və ləvazimatları 135.6 194.1
  91   Bütün növ saatlar və onların hissələri 161.7 103.8
  92   Musiqi alətləri; Onların hissələri və ləvazimatları 110.8 110.5
    Müxtəlif sənaye malları 140.1 150.5
  94   Mebel; Yataq ləvazimatları, döşəklər, döşək əsasları, divan yastıqları və analoji doldurulma mebel ləvazimatları; Başqa yerdə adları çəkilməyən və ya daxil olunmayan lampalar və işıqlandırıcı avadanlıq; Üzərində ad və ya ünvan yazılmış işıq tabloları 151.4 171.2
  95   Oyuncaqlar, oyunlar və idman inventarı; Onların hissələri və ləvazimatları 148.5 160.3
  96   Müxtəlif hazır məmulatlar 110.9 96.9
    İncəsənət əsərləri, kolleksiya əşyaları və əntiq əşyaları 122.3 188.1
  97   İncəsənət əsərləri, kolleksiya əşyaları və əntiq əşyaları 122.3 188.1
    C Ə M İ: 117.5 95.2

 

Son xəbərlər
Digər xəbərlər