3 C
Baku
Saturday, December 14, 2024

Hüquqşünas – Azərbaycan Sənaye Siğorta

Namizədə tələblər:

• Hüquq üzrə ali təhsil;
• Hüquq üzrə minimum 5 il iş təcrübəsi;
• Sığorta şirkətlərində təcrübəyə sahib olmalı;
• Azərbaycan dilini mükəmməl səviyyədə, rus və ingilis dillərini isə ən az orta səviyyədə bilməli;
• Hüququn ümumi nəzəriyyəsini, AR-nın Mülki Məcəlləsini (xüsusilə sığorta və korporativ hüquq daxil olmaqla), Mülki Prosessual Məcəlləsini, Sığorta Fəaliyyəti haqqında Qanunvericiliyi, Kargüzarlığın əsaslarını, səhmdar cəmiyyətlər haqqında qanunvericiliyi,  korporativ hüquq sahəsini, inzibati sahəsində nəzəri və praktik biliklər və məhkəmə işlərinin aparılması qaydalarını, eləcə də digər normativ aktları bilməli;
• Mütəmadi olaraq ezamiyyətdə ola bilməlidir.

İş barədə məlumat:

• Hüquqi şəxsin, filial və nümayəndəliklərin təsis edilməsi, qeydiyyat məlumatlarındakı dəyişikliklərin dövlət qeydiyyatına alınması üçün lazımi sənədlərin tərtib edilməsi, qeydiyyat orqanlarına təqdim edilməsi və hazır olduqdan sonra götürülməsi;
• Səhmdarların ümumi yığıncağının, Direktorlar Şurasının, İdarə Heyətinin protokol və qərar layihələrinin hazırlanması;
• Cəmiyyətin digər struktur bölmələri tərəfindən hazırlanmış sоrğulаra və müqavilələrə hüquqi rəylərin verilməsi;
• Xidmətin gündəlik işləri üçün zəruri təkliflər və tədbirlərin hаzırlаnmаsı;
• Məhkəmə və digər dövlət orqanlarında təmsilçilik edilməsi;
• Müqavilə layihələrinin hazırlanması, daxil olan sənədlərin və rəsmi sorğuların hüquqi ekspertizasının aparılması;
• Agent müqavilələrinin layihələrinin hazırlanması, qeyd olunan sənədlərin reyestrinin aparılması, agentlər üzrə tələb olunan sənədlərin toplanması və fayllaşdırılması;
• Sığorta hadisələri üzrə sənədlərə rəylərin verilməsi;
• Sığorta hadisələri zamanı subroqasiyaların idarə olunmasını qanunvericiliyin tələbinə əsasən təmin edilməsi;
• Məhkəmə və digər hüquq mühafizə orqanlarına, hüquqi şəxslərə hüquqi işlər (məhkəmə işləri) üzrə müraciətlərin göndərilməsi.

Vakansiya ilə maraqlanan və tələblərə cavab verən şəxslər aşağıdakı link və ya email vasitəsilə müraciət edə bilərlər:

https://hr.azersun.com/pages/openPosition.aspx?Lang=2&ID=112
[email protected]

Son xəbərlər
Digər xəbərlər