8 C
Baku
Friday, December 13, 2024

Böhrandan necə “sağ çıxmaq” olar?

Bu gün böhran hər bir evin qapısını döyür. Bir çoxları dünən hər şeyə sahib olduqları halda, bu gün bir qara qəpiyə belə möhtac qalırlar. Əgər sizin problemləriniz varsa, stress halındasınızsa və işlərinizin qaydasında getmədiyini düşünürsünüzə qorxmayın, bu hələ böhran deyil…

Böhran – nəfəs almağa fürsətiniz belə olmadan hər şeyin üzərini “qara duman”-ın örtməsidir. Böhran – cibinizdə xırda qəpiklərin qaldığı, işin olmadığı, mənzilə görə ipoteka krediti ödəməli olduğunuz və kömək üçün müraciət edəcəyiniz kimsənin olmadığı haldır. Üstəlik bütün bunların necə baş verdiyi haqqında ən kiçik təsəvvürə belə malik deyilsiniz. Qorxu, təzyiq, məyusluq, mənəvi və o cümlədən fiziki ağrılar…

Qəfil olaraq böhranla üzləşdikdə bir acı gerçəyi qəbul etməlisiniz ki, cari vəziyyət hələ uzun müddət davam edə bilər. Hazırda bir çoxunun maddi vəziyyətinə əsaslanaraq demək olar ki, çətin ki, kimsə sizə yardım əli uzatsın. Buna görə də, yalnız özünüzə arxalanın. Böhran – seçim zamanıdır. Hərəkətə keçmək lazımdır! Az maaşlı, lakin normal bir iş tapsanız bu artıq uğurdur! Yox əgər bu fikirlə razı deyilsinizsə, ilk qarşınızıa çıxan tez bir zamanda maaş verən daha normal işi dəyərləndirin. Əvvəllər yaxşı vəzifədə işlədiyinizdən düşünə bilərsiniz ki, staj, təcrübə, bilik səviyyənizə uyğun əlverişli iş tapmaq üçün bir müddət gözləməlisiniz. Xeyr, belə düşünmək yalnışdır. Düzgün düşünə bilərsiniz, lakin unutmayın ki, hazırda zaman sizin əleyhinizə işləyir.

Yaxşı işə hər zaman keçid edə bilərsiniz. Unutmayın ki, belə çətin dövrdə güclə qazanılan az maaş çox tez bir zamanda tükənir. Siz isə ailəni dolandırmalı, kommunal xərcləri ödəməli, bəzən isə kredit öhdəliyini yerinə yetirməlisiniz. Buna görə də, qarşısınıza çıxan ilk iş fürsətini dəyərləndirin. Təbii ki, uzun müddət ardıcıl karyera uğurlarından sonra mağazada satıcı və yaxud taksi sürücüsü işləmək sizə qəbuledilməz hal kimi gələ bilər. Bu fakt ilə özünüzü yüklədikdə, şəxsi psixoloji böhranınızdan belə çıxa bilməyəcəksiniz. Bu zaman ən doğru addım emosiyalardan qaçmaqdır. Özünüzə bunun uzun müddət davam etməyəcəyini və yalnızca qısa zaman ərzində bir sınaq olaraq bu işlə məşğul olduğunuz fikrini aşılayın.

Nə qədər qəribə görünsə də, öz biznesini yaratmaq üçün uyğun zamanlardan biri də məhz bphran dövrüdür.  Bir çox insanlar, əsas işlərindən əlavə əyləncə və yaxud xobbiyə sahibdirlər. İşdən əlavə, başqa nələri daha yaxşı bacardığınızı yadınıza salın. Stressdən sonra mənfi emosiyalara qalib gəlməklə ola bilsin öz işinizi yaratmaq barədə düşündünüz. Əgər kulinariya, dərzilik ilə maraqlanırsınızsa, hər hansı musiqi alətində ifa etmək və yaxud yaxşı yazmağı bacarırsınızsa əsas işdən əlavə bu xobbilərinizi inkişaf etdirməyə çalışın. Müəyyən inkişaf yolu keçdikdən sonra bu xobbilərdən istifadə edərək özünüzün kiçik, lakin şəxsi biznesini qura bilərsiniz.

 Hazırda internet vasitəsilə yeni peşələr öyrənmək bacarığı əhəmiyyətli dərəcədə asanlaşıb. Böyük ehtimalla, yeni başladığınız biznesdən ilk günlərdə çox az gəlir əldə edəcək və yaxud əsas idən əldə etdiyiniz gəlirlərin hamısını bu biznesə yatırmalı olacaqsınız. Bu xoş hal olmasa da, sevdiyiniz və yaxşı anladığınız işlə məşğul olduğunuzdan psixoloji cəhətdən özünüzü yaxşı hiss edəcəksiniz. Bu zaman əldə etdikləriniz ilə kifayətlənməyin, yeni texnologiyalar, vasitələr və biliklərdən istifadə edərək daim yeni biliklər qazanın. Hər şeyi yarıda qoymaq istədiyinizdə və artıq bacarmadığınızı düşündükdə belə işinizi yarıda qoymayın. İnanın ki, demək olar ki, hər kəs yaşadığınızın eynisini yaşayıb. Yetər ki, təslim olmayın!

Son xəbərlər
Digər xəbərlər