Tokio Yaponiyada doğum nisbətindəki azalmanın qarşısını almaq üçün nəzərdə tutulmuş eksperimentin bir hissəsi olaraq işçilərinə həftədə dörd gün işləməyə icazə verəcək, bu barədə “Financial Times” yazır.
2012-2022-ci illər arasında Tokioda yeni doğulanların sayı 15%-dən çox azalıb və hökumətin bütün səylərinə, o cümlədən çoxuşaqlı ailələr üçün maddi stimullara, vergi güzəştlərinə baxmayaraq, 2024-cü ildə 1899-cu ildən bəri ilk dəfə 700 mindən az ola bilər.
Təcrübə 2025-ci ilin aprelində başlayacaq. Tokio prefekturasında çalışan işçilər həftədə bir gün daha çox istirahət etmək üçün iş qrafiklərini tənzimləyə biləcəklər. Analoji təcrübələr artıq Yaponiyanın digər prefekturalarında da aparılır.
Demək olar ki, bütün ölkələrdə insanlar kifayət qədər boş vaxtlarının olmadığını söyləyirlər. Yapon səlahiyyətliləri doğum səviyyəsinin aşağı olmasının səbəblərindən biri kimi bu amili göstərirlər.







