8 C
Baku
Monday, December 16, 2024

Müddətli həqiqi hərbi xidmətə çağırış yaşının yuxarı həddinin azaldılmasına aydınlıq gətirilib

Əvvəllər bizdə müddətli həqiqi hərbi xidmətə çağırış yaşının yuxarı həddi 30 yaşa qədər olub.

Bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev deyib.

Arzu Nağıyev bildirib ki, yaş həddi müharibə şəraitində ordunun komplektləşdirilməsi istiqamətində atılan addımlarla əlaqədar 35-ə qaldırılmışdı: “Amma artıq bu gün ordunun komplektləşdirilməsində problem yoxdur. Fiziki, psixoloji hazırlıq, yetkinlik baxımından bu yaş nəzərə alınır”.

Qeyd edək ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanuna təklif edilən dəyişikliyə əsasən, müddətli həqiqi hərbi xidmətə çağırış yaşının yuxarı həddi 35-dən 30-a endirilir.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər