Kanadanın Baş nazirinin müavini və maliyyə naziri Kristia Friland istefa verib.
Bu barədə Friland “X” platformasındakı paylaşımında bildirib.
K.Friland istefa məktubunda Baş nazir Castin Trudeaunun cümə günü ona kabinetdə başqa bir vəzifə təklif etdiyini bildirib: “Mənim üçün yeganə uyğun yolun kabinetdən istefa vermək olduğuna qərar verdim”.