ABŞ-nin “Apple” korporasiyası Avropada “iPhone SE” və “iPhone 14” modellərinin satışları dayandıracaq.
Sözügedən modellər yeni Avropa standartlarına cavab vermədiyi üçün şirkət satışını dayandırmaq məcburiyyətində qalıb.
Belə ki, Aİ 2022-ci ildə elektron cihazlarda USB-C-nin istifadəsini tələb edən qanunu təsdiqləyib.
Məlumata görə, bu qanun smartfonlar, noutbuklar, kameralar, qulaqlıqlar, klaviaturalar daxil olmaqla bütün cihazların 2024-cü ilin sonuna kimi USB-C texnologiyasını mənimsəməsini tələb edir.
O da bildirilib ki, “Apple” 2025-ci ilin martında USB-C ilə təchiz ediləcək “iPhone SE 4”ü buraxmağı planlaşdırır.