10 C
Baku
Tuesday, December 17, 2024

Bu il tibbi xidmətlərlə əlaqəli özəl müəssisələrə 248.6 milyon manat ödəniş edilib

Bu il üçün tibbi xidmətlərlə əlaqəli özəl tibb müəssisələrinə 248.6 milyon manat ödəniş olunub.

Bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev qurumun ilin yekunları ilə bağlı keçirilən mətbuat konfransında deyib.

Onun sözlərinə görə, bu ilin 11 ayı ərzində özəl tibb müəssisələrinə 304 min 299 göndəriş verilib:

“Hesabat dövründə özəl xəstəxanalarda cərrahi xidmət sayı 167 min 359 təşkil edib. Özəl xəstəxanalarda daha çox invaziv radioloji, oftalmoloji və ürək-damar cərrahiyyəsi xidmətləri göstərilib”.

Z.Əliyev vurğulayıb ki, bu günə qədər Agentlik 179 özəl tibb müəssisəsi ilə müqavilə imzalayıb.

MənbəREPORT
Son xəbərlər
Digər xəbərlər