10 C
Baku
Wednesday, December 18, 2024

Argentina iqtisadiyyatı resessiyadan çıxır

Argentina iqtisadiyyatı 2023-cü ilin sonundan bəri ilk dəfə böyüyüb. İyul-sentyabr aylarının yekunlarına əsasən, ölkədə ÜDM əvvəlki rüblə müqayisədə 3.9% artıb. Keçən illə müqayisədə Argentinanın ÜDM-i bu rübdə 2.1% azalaraq, iqtisadiyyatın ildən-ilə daraldığı altıncı rübdür.

Bununla belə, rübün nəticələri proqnozlardan nəzərəçarpacaq dərəcədə yaxşı olub. “Bloomberg”in sorğusuna qatılan analitiklər ikinci rübdə iqtisadiyyatın 3.4% artacağını, illik azalmanın isə 2.6% olacağını gözləyirdilər.

Bildiyiniz kimi, Xavyer Miley ötən ilin noyabrında ölkə prezidenti seçilib. O, seçicilərə büdcə kəsirindən, yoxsulluqdan və hiperinflyasiyadan qurtulmağa söz verib. Eyni zamanda, cənab Mileyin fikrincə, vəziyyəti düzəltmək ancaq şok tədbirlərlə, o cümlədən dövlət qulluqçularının əhəmiyyətli dərəcədə ixtisar edilməsi və dövlət layihələrinin dondurulması ilə mümkündür. Bu, ölkədə əhalinin həyat səviyyəsinin ciddi şəkildə aşağı düşməsinə və yüz minlərlə iş yerinin itirilməsinə səbəb olub.

Bununla belə, “Bloomberg” qeyd edir ki, son aylarda Argentinada iqtisadi canlanmanın bəzi əlamətləri müşahidə olunur: maaşlar inflyasiyanı ötməyə başlayıb, iş yerləri tədricən bərpa olunur və yoxsulluq azalır. Bundan əvvəl Argentina Mərkəzi Bankının sorğusuna qatılan iqtisadçılar 2024-cü ilin sonuna kimi ölkənin ÜDM-nin 3% azalacağını, gələn il isə artımının 4.2% olacağını proqnozlaşdırırdılar.

Son xəbərlər
Digər xəbərlər