6 C
Baku
Sunday, December 15, 2024

“Azər-Türk Bank” qeyri-neft sektoruna dəstək verəcək

“Azər-Türk Bank” ölkədə qeyri-neft sektorunun inkişafına yönəlmiş layihələrin maliyyələşdirilməsində iştirak etməklə Azərbaycan iqtisadiyyatının inkişafına töhfələr vermək niyyətindədir.Banker.az Fins.az istinadən xəbər verir ki, bu barədə bankın açıqlamasında bildirilir. Məlumatda deyilir ki, bankın bu niyyətinin əsasında ölkə iqtisadiyyatının yeni inkişaf mərhələsinin yaratdığı imkanlar, kifayət qədər maliyyə potensialı, müasir bank texnologiyaları əsasında müştərilərə yüksək səviyyədə operativ xidmət göstərən peşəkar komanda və cəmiyyətin inamı dayanır.

Etibarlı biznes tərəfdaşı olan “Azər-Türk Bank” iqtisadiyyatın real sektoruna maliyyə dəstəyinin verilməsini özünün əsas missiyası kimi müəyyənləşdirib. Bank daxili və xarici bazarın tələbatına uyğun yeni istehsal sahələrinin yaradılmasına istiqamətlənmiş layihələrin maliyyələşdirilməsini diqqətdə saxlayır. “Azər-Türk Bank”ın son bir il ərzindəki fəaliyyətində əldə olunan müsbət göstəricilər Bankın gələcək fəaliyyəti ilə bağlı inkişaf konsepsiyasının düzgün müəyyənləşdirildiyi və qarşıya qoyulmuş strateji hədəflərin əldə ediləcəyinə əminlik yaradır. Məlumat üçün qeyd edək ki, 2015-ci ilin yekunlarına görə Bankın aktivləri 2.3 dəfə, kredit və depozit portfeli isə 2 dəfəyə yaxın artıb. Azər Türk Bankın ödəmə vaxtı keçmiş kreditlərinin kredit portfelində xüsusi çəkisi isə cəmi 2.5 faiz təşkil edib.

“Azər-Türk Bank” bundan sonra da ölkə iqtisadiyyatının, xüsusilə də qeyri-neft sektorunun inkişafına yönələn və ölkənin ixrac potensialını yüksəldən, əhalinin məşğulluğunun təmin olunmasında, insanların maddi-rifah halının yüksəlməsində mühüm rol oynayan korporativ layihələrin maliyyələşdirilməsində, eləcə də milli valyutamız olan manatın etimadının artırılmasında yaxından iştirak edəcək.

Bank artıq bu istiqamətdə fəaliyyətə start verib. Belə ki, “Azər-Türk Bank” fevral ayında milli valyutanın yığım vasitəsi kimi daha geniş istifadəsinə, manatın etimadının artırılmasına, əhalinin sosial rifah halının yüksəldilməsinə töhvələr vermək məqsədi ilə manatla qəbul olunan əmanətlər üzrə illik faiz dərəcəsini iki dəfədən çox qaldırıb, manatla verilən bütün növ kreditlər üzrə faiz dərəcələri isə sabit saxlanılıb. “Azər-Türk Bank” bu kimi yeniliklərini gələcəkdə də müştərilərinə təqdim edəcək, həmçinin Bankın iqtisadiyyatın real sektoruna dəstəyi davam etdirəcək.

Son xəbərlər
Digər xəbərlər