9 C
Baku
Friday, January 3, 2025

“Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti” ötən il zərər edib

“Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti” Publik Hüquqi Şəxsin 2023-cü il dekabrın 31-nə konsolidə edilmiş maliyyə vəziyyəti haqqında hesabatı açıqlanıb.

Banker.az xəbər verir ki, “Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti” Publik Hüquqi Şəxsi 2023-cü ili 770 min manat zərər edib.

Ötən il publik hüquqi şəxsin gəlirləri 6 milyon 157 min manat olduğu halda, 2022-ci ildə gəlirləri 486 min manat təşkil edib. Ümumi və inzibati xərcləri 7 milyon 490 min manat, digər gəlirləri 471 min manat, maliyyə xərcləri isə 123 min manat olub.

31 dekabr 2023-cü il tarixinə, “Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti”nin cəmi aktivləri 6 milyon 550 min manatdan 232 milyon 877 min manata, cəmi kapitalı 4 milyon 600 min manatdan 166 milyon 280 min manata, cəmi öhdəlikləri isə 1 milyon 950 min manatdan 66 milyon 597 min manata çatıb.

Xatırladaq ki,  “Qarabağ İqtisadi Rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti”nin adı dəyişərək “Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti” adlanıb.

 

Son xəbərlər
Digər xəbərlər