9 C
Baku
Friday, December 20, 2024

Mərkəzi Bank hansı bankları tez-tez “yoxlamalı” olacaq?

Mərkəzi Bankın məlumatına görə, banklara nəzarət tədbirləri onların kateqoriyasına əsasən fərqləndirilir.

Banker.az xəbər verir ki, bu barədə Mərkəzi Bank tərəfindən təsdiq edilən “Risk əsaslı nəzarət üzrə Siyasət Konsepsiyası”nda bildirilir.

Sistem əhəmiyyətli, orta və kiçik banklar üçün nəzarət prosedurlarının tezliyi aşağıdakı qaydada həyata keçirilir:

  • Sistem əhəmiyyətli banklar hər ay reytinqlərinin yenilənməsi prosesindən keçir və hərtərəfli daxili inspeksiyalar 12 ayda bir dəfə təşkil olunur.
  • Orta banklar üçün reytinq yenilənməsi də aylıq həyata keçirilir, lakin inspeksiyalar 18 ayda bir dəfə aparılır.
  • Kiçik banklar üçün isə reytinqlər rüblük yenilənir, tematik və hərtərəfli inspeksiyalar isə 24 ayda bir dəfə keçirilir.

Mərkəzi Bankın bu yanaşması, bankların sistemdəki əhəmiyyətinə uyğun olaraq, maliyyə dayanıqlığının təmin edilməsi və risklərin effektiv idarə olunmasına xidmət edir.

Qeyd edək ki, Konsepsiyaya əsasən formalaşdırılmış ARAS (Azerbaijan Risk Assessment System – Azərbaycan Risklərin Qiymətləndirilməsi Sistemi) adlandırılan risk əsaslı nəzarət yanaşması özündə nəzarət subyektlərinin fəaliyyətləri ilə bağlı risklərin erkən aşkarlanmasını, onların və risk idarəetməsi proseslərinin qiymətləndirilməsini, habelə risklərə uyğun proporsional və preventiv nəzarət rejiminin tətbiqini ehtiva edir.

343223

Son xəbərlər
Digər xəbərlər