Milli Məclisin bu gün keçirilən plenar iclasında “Lisenziyalar və icazələr haqqında” qanun layihəsi üçüncü oxunuşda müzakirəyə çıxarılıb.
Banker.azın “Report”a istinadən verdiyi xəbərə görə, sənəddə lisenziya verilməsi qaydaları daha da sadələşdirilib. Bundan əlavə, elektron lisenziya portalının yaradılması şərtləri qanuna əlavə edilib. Sənədə əsasən, lisenziyalar üçün müraciət elektron formada təqdim ediləcək. Hər bir sahibkar portala daxil olub, öz şəxsi kabinetini yaradıb, kod aça bilər və sonrakı əməliyyatlarda bu kod açar rolunu oynayacaq. Sənəddə yabanı bitkilərin toplanması üçün lisenziya tələbi aradan qaldırılıb.
Qanun layihəsinin hazırlanmasında beynəlxalq təcrübədən istifadə olunub. Lisenziya və icazənin verilməsində, yenidən rəsmiləşdirilməsində, fəaliyyətinin dayandırılmasında, bərpasında və ya ləğvində susmaqla razılıq prinsipi tətbiq olunacaq. Sənəddə lisenziya və icazəyə tələb olunan fəaliyyət növlərinin müəyyən edilməsi meyarları göstərilib.
Layihə səverməyə qoyularaq qəbul edilib.