8 C
Baku
Sunday, December 22, 2024

Yaponiyada düyü 63% bahalaşıb

Yaponiyada düyünün qiyməti noyabrda illik ifadədə 63.6% artıb – bu, 1971-ci ildən bəri ən kəskin qiymət artımıdır. Bu barədə “Kyodo” agentliyi Yaponiyanın İnzibati İşlər və Rabitə Nazirliyinin məlumatlarına istinadən yazıb.

Düyünün bahalaşması ilə yanaşı, düyü topları və suşi də bahalaşıb. Qəhvə (+24.9%) və şokoladın (+29,2%) qiyməti də artıb. Elektrik enerjisinin qiyməti 9.9%, qazın qiyməti isə 6.4% artıb. Noyabrda ümumi istehlak inflyasiyası 2.7% təşkil edib.

2024-cü ildə Yaponiya bir sıra təbii fəlakətlərlə üzləşib. Yanvarın 1-də yapon dənizində 1983-cü ildən bəri ən güclü zəlzələ baş verib. Nəticədə 200-dən çox insan həlak olub.

Avqustun 29-da Yaponiyada şiddətli “Şanşan” tayfunu baş verib, tayfunun mərkəzində maksimal küləyin sürəti 250 km/saata çatıb – bu, evləri dağıtmağa kifayət edir. Eyni zamanda bəzi ərazilərə 700 mm-dən çox yağıntı düşüb. Nəticədə dörd nəfər ölüb.

Son xəbərlər
Digər xəbərlər