8 C
Baku
Monday, December 23, 2024

Albaniya “TikTok”u bloklayıb

Albaniya hakimiyyəti ölkədə “TikTok” platformasını ən azı bir il müddətinə müvəqqəti olaraq bloklamaq qərarına gəlib. Bu barədə yerli “Albanian Daily News” nəşri ölkənin Baş naziri Edi Ramaya istinadən yazıb.

Hökumət başçısının sözlərinə görə, o, məktəblərdə təhlükəsizliyi yaxşılaşdırmağı və valideynlərin 90%-nin “TikTok”u bağlamaq tələbini nəzərə alaraq bu qərarı verib. Qadağa gələn ilin əvvəlində qüvvəyə minəcək.

“TikTok” –  son zamanlar müxtəlif ölkələrdə fəaliyyət göstərməkdə çətinlik çəkən videoplatformadır. Belə ki, bu ilin aprelində ABŞ prezidenti Co Bayden ölkədə “TikTok”a girişin qadağan edilməsini mümkün edən bir sıra qanunlar imzalayıb. Şərtlərə əsasən, platformanın sahibi olan “ByteDance” şirkəti 2025-ci il yanvarın 19-dək “TikTok”u satmalıdır, əks halda sosial şəbəkənin işi ABŞ-də bloklana bilər.

Son xəbərlər
Digər xəbərlər