10 C
Baku
Friday, December 27, 2024

AZAL: Təyyarə qəzasında ölənlərin cənazəsi iki gün ərzində ölkəyə gətiriləcək

Təyyarə qəzasında həyatını itirən şəxslərin cənazəsi isə iki gün ərzində ölkəyə gətiriləcək.

Bu sözləri jurnalistlərə açıqlamasında AZAL-ın prezidenti Samir Rzayev bildirib.

O qeyd edib ki, qəza nəticəsində xəsarət alanların ölkəyə gətirilməsi günün ikinci yarısında həyata keçiriləcək.

Qeyd edək ki, 25 dekabr tarixində “Azərbaycan Hava Yolları” aviaşirkətinə məxsus J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsi təcili eniş zərurəti ilə bağlı Aktau şəhəri istiqamətinə yön alaraq, Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarədə 5 ekipaj üzvü və 62 sərnişin olmaqla, ümumilikdə 67 nəfər olub. Qəza nəticəsində 38 nəfər həyatını itirib, 29 nəfər sağ qalıb.

Qəzanın səbəbləri araşdırılır.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər