7 C
Baku
Saturday, December 28, 2024

Azərbaycan beynəlxalq investisiya və inkişaf fondlarına kapital qoyuluşunu 8 dəfəyə yaxın artırıb

2025-ci ildə Azərbaycanda dövlət büdcəsindən ölkəmizin həmtəsisçisi olduğu beynəlxalq investisiya və inkişaf fondlarının nizamnamə kapitalında Azərbaycanın payının maliyyələşdirilməsinə 243,1 milyon manat vəsait ayrılacaq.

Bu, Prezident İlham Əliyevin bu gün təsdiqlədiyi “2025-ci ilin dövlət büdcəsi haqqında” qanunun tətbiqi barədə Fərmanda öz əksini tapıb.

Sənədə əsasən, bu, 2024-cü illə müqayisədə 7,95 dəfə çoxdur.

Xatırladaq ki, bu gün Prezident İlham Əliyev Milli Məclisin dekabrın 16-da qəbul etdiyi “2025-ci il dövlət büdcəsi haqqında” qanunu təsdiqləyib.

Gələn il büdcənin gəlirlərinin 38 milyard 356 milyon manat (2024-cü ilin təsdiq olunmuş proqnozuna nisbətən 5,4% çox), xərclərinin isə 41 milyard 407,6 milyon manat (4,2% çox) olacağı gözlənilir. Son nəticədə büdcədə ÜDM-in 2,4%-i qədər – 3 milyard 51,6 milyon manat kəsir yaranmalıdır. Bu isə illik müqayisədə 9% azdır.

MənbəREPORT
Son xəbərlər
Digər xəbərlər