7 C
Baku
Saturday, December 28, 2024

Azərbaycanda Bərpa, Tikinti və İdarəetmə Xidmətlərinə büdcədən ayırmalar 11%-ə yaxın artırılıb

2025-ci ildə Azərbaycanda dövlət büdcəsindən işğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən Bərpa, Tikinti və İdarəetmə Xidmətlərinə 39,8 milyon manat vəsait ayrılacaq.

Bu, Prezident İlham Əliyevin bu gün təsdiqlədiyi “2025-ci ilin dövlət büdcəsi haqqında” qanunun tətbiqi barədə Fərmanda öz əksini tapıb.

Sənədə əsasən, bu, 2024-cü illə müqayisədə 10,7% çoxdur.

O cümlədən, gələn il büdcədə Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti üçün 9,6 milyon manat (bu ilə nisbətən 20,4% az), Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti üçün 6,9 milyon manat (6,4% az), Laçın rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti üçün 4,9 milyon manat (8,7% çox), Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti üçün 13,6 milyon manat (12,3% çox), Kəlbəcər rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti üçün isə 4,9 milyon manat (bu il olmayıb) nəzərdə tutulub.

Xatırladaq ki, bu gün Prezident İlham Əliyev Milli Məclisin dekabrın 16-da qəbul etdiyi “2025-ci il dövlət büdcəsi haqqında” qanunu təsdiqləyib.

Gələn il büdcənin gəlirlərinin 38 milyard 356 milyon manat (2024-cü ilin təsdiq olunmuş proqnozuna nisbətən 5,4% çox), xərclərinin isə 41 milyard 407,6 milyon manat (4,2% çox) olacağı gözlənilir. Son nəticədə büdcədə ÜDM-in 2,4 %-i qədər – 3 milyard 51,6 milyon manat kəsir yaranmalıdır. Bu isə illik müqayisədə 9% azdır.

MənbəREPORT
Son xəbərlər
Digər xəbərlər