“MİDA” MMC “R.İ.S.K. Elmi İstehsalat Şirkəti” Qapalı Səhmdar Cəmiyyəti ilə müqavilə bağlayıb.
Banker.az xəbər verir ki, “Güzəştli mənzil” sisteminin fasiləsiz və dayanıqlı işinin təmin edilməsi üçün 24/7 texniki dəstək və süni intellekt əsaslı monitorinq həllinin tətbiqi xidmətlərinin göstərilməsi nəzərdə tutulur.
Müqavilənin dəyəri isə 1 569 400 AZN təşkil edir.