Azərbaycanda bankların biznes kreditlərinin əsas hissəsi iri sahibkarlıq subyektlərinin payına düşür.
Banker.azın məlumatına əsasən, iyulun sonunda biznes kreditlərinin ümumi həcmi 17 milyard 333 milyon manat təşkil edib.
Bunun 9 milyard 269,2 milyon manatı iri sahibkarlara verilmiş kreditlərdir.
Beləliklə, iri biznes bütün biznes kreditlərinin təxminən 53,5%-ni cəmləşdirir.
Mikro sahibkarlara verilən kreditlərin həcmi 3 milyard 870 milyon manat, orta sahibkarlığa kreditlər 2 milyard 363,9 milyon manat, kiçik sahibkarlığa kreditlər isə 1 milyard 829,9 milyon manat olub.
Kiçik və mikro sahibkarlığın birlikdə biznes kreditlərində payı təxminən 32,9% təşkil edir.






