Azərbaycanın Supsa, Batumi və Ceyhan limanları vasitəsilə dünya bazarına çıxararaq satdığı “Azeri LT CIF” markalı xam neftin bir barelinin qiyməti 1,50 dollar yaxud 3,79% bahalaşıb.
Agentlik xəbər verir ki, hazırda “Azeri LT CIF” markalı neftin bir barelinin qiyməti 41,10 dollara bərabərdir.
Xatırladaq ki, “Azeri LT CIF” neftinin minimal qiyməti 2001-ci ilin dekabrında (19,15 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb.
Report