Bu ilin yanvar-fevral aylarında elektron pərakəndə ticarət şəbəkəsində 2 mln. manatlıq istehlak məhsulları satılıb. Dövlət Statistika Komitəsindən verilən xəbərə görə, 2015-ci ilin eyni dövrünə nisbətən müqayisəli qiymətlərlə istehlak məhsulları 5% çox satılıb.
Elektron şəbəkə vasitəsi ilə qeyri-ərzaq məhsullarının satışının dəyəri əvvəlki ilin yanvar-fevral aylarının səviyyəsini real ifadədə 4,7% üstələyərək 1960,8 min manata bərabər olub.
Report