8 C
Baku
Friday, January 10, 2025

Samir Şərifov maliyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin edildi

18 ildir maliyyə naziri vəzifəsində çalışan Samir Rauf oğlu Şərifov Azərbaycan Baş nazirinin müavini təyin edilib.

Banker.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb.

Digər sərəncamla Samir Rauf oğlu Şərifov Azərbaycan Respublikasının maliyyə naziri vəzifəsindən azad edilib.

  • 1983–1991-ci illərdə SSRİ-nin xarici iqtisadi əlaqələr sistemində Bakıda və xaricdə (Yəmən Xalq Demokratik Respublikası) iqtisadçı
  • 1991–1995-ci illərdə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin Beynəlxalq İqtisadi Əlaqələr İdarəsində şöbə müdiri, idarə rəisinin müavini vəzifəsində çalışmışdır.
  • 1995–2001-ci illərdə Azərbaycan Respublikası Milli Bankında departament direktoru, baş direktor,
  • 2001–2006-cı illərdə Azərbaycan Respublikası Dövlət Neft Fondunun İcraçı Direktoru,
  • 2003–2006-cı illərdə Mineral Ehtiyatların Hasilatı İlə Məşğul olan Sənaye Sahələrində Şəffaflıq Təşəbbüsü üzrə Hökumət Komissiyanın sədri işləmişdir.
  • 2006–2024-cü illərdə Azərbaycan Respublikasının maliyyə naziri vəzifəsində çalışıb
  • Eyni zamanda Qara Dəniz Ticarət və İnkişaf Bankında Azərbaycan Respublikası üzrə təmsilçi direktordur.
  • 10 yanvar 2025-ci ildə Azərbaycan Respublikası Baş nazirinin müavini təyin edilib.

6 avqust 2021-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən Azərbaycan Respublikasında maliyyə sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə Samir Şərifov “Şöhrət” ordeni ilə təltif olunub[

Son xəbərlər
Digər xəbərlər