8 C
Baku
Friday, January 10, 2025

“Sea Breeze”ə yaxın şirkət yaradılıb

Bakıda Ağalarovların şirkəti “Sea Breeze”ə yaxın olan daha bir şirkət təsis edilib.

Banker.az xəbər verir ki, Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi “Bluewaters Seabreeze” MMC-ni dövlət qeydiyyatına alınıb.

Şirkət Bakı şəhəri Səbail rayonu, Aqil Quliyev, ev 1 ünvanında qeydiyyatdadır. Şirkətin 100 manat nizamnamə kapitalı var və   Samir Hacıyev Sabir oğludur.

“Sea Breeze” 2006-cı ildə Emin Ağalarov tərəfindən təsis edilib. “Sea Breeze” kurort şəhəri Xəzər dənizinin sahilində, Bakının mərkəzindən 30 dəqiqəlik məsafədə yerləşir. 500 hektar sahədə artıq 1,5 milyon kvadratmetrdən çox kommersiya obyekti və mənzillərdən ibarət daşınmaz əmlak satılıb və istifadəyə verilib. İstirahət zonaları, parklar və çimərlik üçün 150 hektardan çox ərazi ayrılıb. Bu gün daha 1,5 milyon kvadratmetr sahə reallaşdırma mərhələsindədir və yaxın vaxtlarda daha 2 milyon kvadratmetr sahənin tikintisinə başlanılacaq. Üç il ərzində layihənin ümumi sahəsi 5 milyon kvadratmetrdən çox təşkil edəcək və 100 min daşınmaz əmlak obyekti tikilib istifadəyə veriləcək. Sakinlərin və turistlərin ümumi sayı 300 min nəfərə çatacaq, iş yerlərinin sayı isə 20 minə qədər artacaq. Hazırda burada 6560 nəfər işlə təmin olunub. Layihəyə qoyulan investisiyalar 7 milyard dollar təşkil edir.

 

 

Son xəbərlər
Digər xəbərlər