Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın qərarına əsasən, Birol Akgün qardaş ölkənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri təyin edilib.
Dövlət başçısının qərarı “Resmi gazete”də dərc olunub.
Birol Akgün bundan öncə Türkiyə Maarif Fondunun sədri olub.