Prezident İlham Əliyev “Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2016-cı il büdcəsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 29 dekabr 2015-ci il tarixli 719 nömrəli fərmanında dəyişikliklər edilməsi barədə fərman imzalayıb.
Sənədə əsasən, “Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2016-cı il büdcəsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 29 dekabr tarixli 719 nömrəli fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015, №12, maddə 1473) aşağıdakı dəyişikliklər edilib:
1-ci hissədə “6 711 564,1” rəqəmləri “4 578 474,6” rəqəmləri ilə və “8 181 399,7” rəqəmləri “10 668 933,7” rəqəmləri ilə əvəz edilib.
2-ci hissədə verilmiş cədvəlin 2.1-ci bəndində “6 094 053,0” rəqəmləri “3 875 682,4” rəqəmləri ilə, 2.2-ci bəndində “2 100,0” rəqəmləri “3 402,0” rəqəmləri ilə, 2.3-cü bəndində “12 600,0” rəqəmləri “19 278,0” rəqəmləri ilə, 2.4-cü bəndində “602 790,1” rəqəmləri “679 950,2” rəqəmləri ilə, 2.5-ci bəndində “21,0” rəqəmləri “162,0” rəqəmləri ilə və gəlirlərin məbləğinin cəmi göstərilən sətirdə “6 711 564,1” rəqəmləri “4 578 474,6” rəqəmləri ilə əvəz edilib.
3-cü hissədə verilmiş cədvəl aşağıdakı redaksiyada verilib:
Sıra №-si | Xərc istiqamətləri | Xərclərin məbləği(min manat) |
3.1. | Qaçqınların və məcburi köçkünlərin sosial-məişət və məskunlaşma məsələləri ilə bağlı bəzi tədbirlərin maliyyələşdirilməsi | 90 000,0 |
3.2. | Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsinə transfert | 7 615 000,0 |
3.3. | Samur-Abşeron suvarma sisteminin yenidən qurulması layihəsinin maliyyələşdirilməsi | 70 000,0 |
3.4. | Bakı-Tbilisi-Qars yeni dəmir yolu layihəsinin maliyyələşdirilməsi | 137 621,7 |
3.5. | 2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramının maliyyələşdirilməsi | 36 558,0 |
3.6. | Cənub Qaz Dəhlizi layihələrində Azərbaycan Respublikasının iştirak payının maliyyələşdirilməsi | 2 355 318,0 |
3.7. | Türkiyə Respublikasında “STAR” neft emalı kompleksinin tikintisi layihəsində Azərbaycan Respublikasının iştirak payının maliyyələşdirilməsi | 331 776,0 |
3.8. | Azərbaycan Respublikası Dövlət Neft Fondunun idarə edilməsi ilə bağlı xərclər | 32 660,0 |
Cəmi | 10 668 933,7 |
Fərmanın 5-ci bəndi ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2016-cı ildə idarə edilməsi ilə bağlı xərclər smetası” aşağıdakı redaksiyada verilsin: Azərbaycan Respublikası Dövlət Neft Fondunun
2016-cı ildə idarə edilməsi ilə bağlı
X Ə R C L Ə R S M E T A S I
Sıra №-si | Xərclər | Kod | Məbləğ |
Əməyin ödənişi | 210000 | 6,078,280 | |
Malların (işlərin və xidmətlərin) satın alınması | 220000 | 4,273,448 | |
Qrantlar və digər ödənişlər | 260000 | 636,700 | |
Təqaüdlər və sosial müavinətlər | 270000 | 100,000 | |
Digər xərclər | 280000 | 11,245,950 | |
5.1. | İcarə və muzdlu xidmətlər | 281400 | 86,000 |
5.2. | Sair xərclər | 282100 | 8,397,950 |
5.3. | Bank xərcləri | 282300 | 2,762,000 |
Qeyri-maliyyə aktivlərinin alınması | 310000 | 10,325,623 | |
XƏRCLƏRİN CƏMİ | 32,660,000 |
Report