6 C
Baku
Wednesday, January 15, 2025

Naxçıvanda sənaye istehsalı 8%-dən çox azalıb

2024-cü ildə Naxçıvan Muxtar Respublikasında 467 milyon 196 min 300 manatlıq sənaye məhsulu istehsal edilib.

Bu barədə Naxçıvan Muxtar Respublikasının Dövlət Statistika Komitəsindən məlumat verilib.

Bildirilib ki, bu, 2023-cü ildəki göstəricidən 8,2 % azdır.

Sənaye məhsulunun 406 milyon 362 min 400 manatı və ya 87 %-i malların, 60 milyon 833 min 900 manatı və ya 13 %-i isə xidmətlərin payına düşüb.

Sənaye məhsulunun 0,2 %-i mədənçıxarma, 81,5 %-i emal, 16,9 %-i elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 1,4 %-i isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorlarında istehsal olunub.

MənbəREPORT
Son xəbərlər
Digər xəbərlər