7 C
Baku
Sunday, December 15, 2024

Borcu olan şəxs özünü asdı

Göyçay rayonunda intihar hadisəsi baş verib. APA-nın yerli bürosunun xəbərinə görə, hadisə rayonun Ərəb kəndində qeydə alınıb. Kənd sakini, 1973-cü il təvəllüdlü Zülfüqarov Ariz İsrayıl oğlu həyətindəki meyvə ağacından özünü kəndirlə asaraq intihar edib. Onun özünə qəsd etməsinin səbəbi hələ ki, tam məlum deyil. Ehtimala görə, iki övladı olan Ariz Zülfüqarov ayrı-ayrı şəxslərə və banka pul borcu olduğu üçün özünü asıb.

Faktla bağlı Göyçay rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

Son xəbərlər
Digər xəbərlər