Avro Ukrayna qrivnasının məzənnəsini təyin edən valyuta kimi dolları əvəz edəcək. Bu, bazarda çox nəzərə çarpmadan baş verəcək, Ukrayna Milli Bankının rəhbərinin birinci müavini Yekaterina Rojkova bildirib.
“Biz hər hansı şoklardan qaçacağıq, ona görə də bu baş verərsə, narahat olmağa dəyməz. Bu baş verərsə, mütləq Ukrayna iqtisadiyyatının xeyrinə olacaq, çünki o zaman biz Avropa İttifaqında olacağıq”, – deyə Yekaterina Rojkova vurğulayıb.
“Avropa birliyinə istiqamətli kursumuzu nəzərə alsaq, bu, mütləq baş verəcək reallıqdır, çünki biz Avropa İttifaqının bir hissəsi olmaq, ixracatçılar, idxalçılar kimi onların bazarlarına çıxış əldə etmək istəyiriksə, əlbəttə ki, onların valyutasına bağlı olmalıyıq”, – deyə Rojkova əlavə edib.
2022-ci ilin fevral ayında Ukrayna Milli Bankı məzənnəni bir dollar üçün 29.25 qrivna səviyyəsində müəyyən edib. 21 iyul 2022-ci ildə tənzimləyici qrivnanın 25% devalvasiyasını açıqlayıb. 27 may 2024-cü ildə ölkə tarixində ilk dəfə olaraq dolların rəsmi məzənnəsi 40 qrivnanı ötüb, Ukrayna valyutası ucuzlaşmaqda davam edir.