7 C
Baku
Thursday, January 16, 2025

“Bank Avrasiya” keçən il 4 mln. manatlıq xalis mənfəət açıqladı

“Bank Avrasiya” ASC 2024-cü ildə 3.93 milyon manata xalis mənfəət əldə edib. Bu da, illik 40.6%-lik azalma deməkdir.

Banker.az bankın rüblük  maliyyə hesabatına istinadən xəbər verir ki, 2024-cü ilin faiz gəlirləri 15.11 milyon manat təşkil edib. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 4.2% azdır.

Əsas azalma ticarət və investisiya qiymətli kağızları üzrə faiz gəlirlərində qeydə alınıb. Bu göstərici 2023-cü ildə 896.68 min manat olduğu halda, 2024-cü ildə 169.60 min manata enib, yəni 81.1% azalıb.

Faiz xərcləri isə 2023-cü ilin 3.13 milyon manatından 2024-cü ildə 2.27 milyon manata düşüb, bu da 27.5%-lik azalma deməkdir. Azalma əsasən mərkəzi bank və dövlət fondları qarşısında öhdəliklər üzrə faiz xərcləri ilə bağlıdır.

Qeyri-faiz gəlirləri 2024-cü ildə illik müqayisədə 11.8% artımla 2.61 milyon manata, qeyri-faiz xərcləri 4.8% artımla 8.82 milyon manata yüksəlib.

23232

Son xəbərlər
Digər xəbərlər