1 C
Baku
Saturday, December 14, 2024

Rusiyanın ilk islam bankı bu ay açılacaq

Bu gün Tatarıstan Respublikasının paytaxtı Kazan şəhərində Rusiyanın ilk islam bankı açılacaq.

İslam şəriətinə uyğun maliyyə xidmətləri göstərəcək bank “Tataqroprombank”ın törəmə bölməsi kimi fəaliyyət göstərəcək.

Təsis olunan Bank İslam ölkələrindən Rusiyaya investisiya cəlb etmək niyyətindədir. Yaxın zamanda Səudiyə Ərəbstanında qərarlaşan İslam İnkişaf Bankı ilə əməkdaşlıq müqaviləsinin bağlanacağı gözlənilir.

Bankın xidmətlərindən  həm  fiziki şəxslər həm də şirkətlər, müxtəlif təşkilatlar  yararlana biləcək. İslam Bankçılıq Mərkəzinin il müştərisinin “Zəkat” xeyriyyə fondu  olacağı bildirilir.

Mərkəzin ənənəvi  banklardan əsas fərqi,  belə bankın verilən kredit faizindən  imtina etməsi, sələmçilik fəaliyyətinin qadağan edilməsidir.

Həmçinin belə bankların əmanətçiləri dövlətin təyin etdiyi  inflasiya faizi istisna olmaqla, əmanətlər üzrə gəlirlər əldə etmir.

Eyni zamanda İslam bankı  kreditlərin  spirtli içki, tütün , qumar-mərc oyunları və seks-industriyayla bağlı layihələrə ayrılmasını qadağan edir.

Kazandakı İslam Bankçılıq Mərkəzi  yanvar ayında Dövlət Dumasında  “Banklar və bankların fəaliyyəti” haqqında Rusiya Federasiyası Qanununa edilmiş düzəlişdən sonra təsis olunub.

anspress

Son xəbərlər
Digər xəbərlər