5 C
Baku
Friday, January 17, 2025

“Kapital Bank”ın depozit portfeli ₼9 milyarda çataraq rekord vurub

“Kapital Bank” ASC-nin müştərilərdən cəlb etdiyi depozitin 1 yanvar 2025-ci il tarixinə həcmi 8 milyard 978.3 milyon manata çatmaqla tarixi rekorda nail olub və bu xərclərə də təsir edib.

Banker.az xəbər verir ki, bu barədə bankın rüblük maliyyə hesabatında qeyd edilib.

Bu da 2023-cü ildəki 6 milyard 321.6 milyon manat göstəricisi ilə müqayisədə 2 milyard 656.7 milyon manat və ya təxminən 42% artım deməkdir.

Fiziki şəxslərin depozitləri 2024-cü ildə 2 milyard 594.2 milyon manat təşkil edib, bu isə illik müqayisədə 688 milyon manat və ya 36% artım deməkdir.

Hüquqi şəxslərin depozitləri 6 milyard 384.1 milyon manata çatıb və 2023-cü ildəki 4 milyard 415.4 milyon manat göstəricisinə nisbətən 1 milyard 968.7 milyon manat və ya 44.6% artıb.

Bank keçən il müştərilərinə verdiyi depozitlər üzrə faizləri illik müqayisədə 2 dəfə artaraq 166.3 milyon manata yüksəlib. Depozit xərlcərinin ümumi depozitlərə olan nisbəti son bir ildə 1.83 faizdən 1.85 faizə qalxıb.

Bankın ümumi öhdəliklər 2024-cü ildə 10 milyard 444.3 milyon manat təşkil edib, bu isə 2023-cü ildəki 7 milyard 748.3 milyon manat göstəricisi ilə müqayisədə 2 milyard 696 milyon manat 34.8% artıb.

Kredit təşkilatları və digər maliyyə institutları qarşısındakı öhdəliklər 2024-cü ildə 598.9 milyon manat, 2023-cü ildə isə 1 milyard 36.6 milyon manat olub. Bu, 437.7 milyon manat və ya 42.2% azalma deməkdir.

Bank bu arada qiymətli kağızlar bazarında ötən il daha aktiv idi və 2024-cü ildə borc qiymətli kağızları üzrə öhdəliklər 100 milyon manat olub.

Subordinasiya borc öhdəlikləri 2024-cü ildə 263.5 milyon manat təşkil edib, 2023-cü ildə isə 59.5 milyon manat idi.

Son xəbərlər
Digər xəbərlər