Avropa İttifaqı (Aİ) Qəzza üçün 120 milyon avro dəyərində yeni yardım paketi elan edib.
Bu barədə Aİ-nin Özbəkistandakı nümayəndəliyi məlumat yayıb.
Bildirilib ki, Avropa Komissiyası fələstinlilərə dəstək vermək öhdəliyinin bir hissəsi olaraq bu gün Qəzza üçün 120 milyon avro məbləğində yeni yardım paketi elan edib.
“Bu, 2023-cü ildən bəri Qəzzaya göstərilən Aİ humanitar yardımının ümumi məbləğini 450 milyon avroya çatdırır. Aİ yardımın ehtiyacı olanlara tez çatması üçün yerli tərəfdaşlarla işləməyə davam edir.
Paket qida çatışmazlığını aradan qaldırmaq üçün ərzaq, səhiyyə yardımını, su və sanitariya xidmətlərə çıxışı, sanitariya və gigiyena dəstəyini, məcburi köçkünlərə təhlükəsiz yaşayış yeri təmin etməyi nəzərdə tutur.
Eyni zamanda sığınacaq yardımını, eləcə də həssas əhali qrupunun təhlükəsizliyini dəstəkləmək üçün müdafiə yardımını əhatə edir”,- məlumatda qeyd edilib.