Azərbaycan Respublikasının dövlət büdcəsinin kəsiri 555.5 milyon manat olub və öncəki illə müqayisədə xeyli azalıb.
Banker.az bunu Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
2022-ci ildə 1 milyard 347.7 manat və 2023-cü ildə isə 883.7 milyon manatlıq kəsr vardı.
Dövlət büdcəsinin gəlirləri illik müqayisədə 5.5 faiz artaraq 37 milyard 164.2 milyon manat olub. Dövlət büdcəsinin xərcləri 3.5 faiz artaraq 37 milyard 719.7 milyon manat təşkil edib.
Qeyd edək ki, Dövlət Büdcəsi haqqında qanunda dövlət büdcəsi kəsirinin yuxarı həddi 3 354 300,0 min manat məbləğində təsdiq edilmişdi.