9 C
Baku
Wednesday, January 22, 2025

ING Azərbaycanda uçot dərəcəsini 7,25% səviyyəsində proqnozlaşdırır

Niderlandın “ING Group” şirkəti Azərbaycan Mərkəzi Bankının (AMB) 2025-ci ilin sonunadək uçot dərəcəsini 7,25% səviyyəsində proqnozlaşdırır.

Bu barədə “ING Group”un məlumatında bildirilib.

Şirkət AMB-nin uçot dərəcəsinin 2026-cı ilin ortasınadək bu səviyyədə saxlanılmasını gözləyir, üçüncü rübdə 7,5%-ə, dördüncü rübdə isə 7,75%-dək artacağını ehtimal edir. Bundan öncəki proqnozda gələn il üçün bu göstərici 7,75% səviyyəsində olacağı gözlənilirdi.

Bu gün Mərkəzi Bankın İdarə Heyəti uçot dərəcəsinin 7,25% saxlanılması barədə qərar qəbul edib.

MənbəREPORT
Son xəbərlər
Digər xəbərlər