Avropa İttifaqı (Aİ) artıq Ukraynaya 134 milyard avro, o cümlədən silah üçün 50 milyard avro ayırıb. Yanvarın sonuna qədər Aİ ölkələri tərəfindən hazırlanan Ukrayna hərbçilərinin sayı isə 75 min nəfərə çatacaq.
Bunu Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas bildirib.
“Biz artıq Ukraynaya ümumilikdə 134 milyard avro, o cümlədən silah üçün 50 milyard avro ayırmışıq. Bu ayın sonuna qədər Aİ tərəfindən hazırlanan Ukrayna hərbçilərinin sayı 75 min nəfərə çatacaq”, – o qeyd edib. Onun fikrincə, Aİ-nin köməyi ilə Ukrayna münaqişədə “qalib gələ biləcək”.
K.Kallasın sözlərinə görə, Brüssel ABŞ-siz, təkbaşına da Kiyevi dəstəkləməyə hazırdır: “Biz bunu tərəfdaşlarla birlikdə və ya müstəqil şəkildə edəcəyik”.