8 C
Baku
Thursday, January 23, 2025

Səudiyyə Ərəbistanı ABŞ ilə investisiya və ticarəti $600 mlrd. artırmağı vəd edib

Yanvarın 22-də axşam saatlarında ABŞ prezidenti Donald Trampla Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman Əl Səud arasında telefon danışığı olub.

Söhbət zamanı krallığın vəliəhd şahzadəsi dörd il ərzində ABŞ ilə investisiya və ticarəti 600 milyard dollar və bəlkə də daha çox artırmaq niyyətini təsdiqləyib.

Məhəmməd bin Salman Əl Səud həmçinin Donald Trampı ABŞ prezidenti kimi andiçmə mərasimi münasibətilə təbrik edib.

İki lider Yaxın Şərqdə sülh, təhlükəsizlik və sabitliyin təşviqi, həmçinin terrorizmlə mübarizədə əməkdaşlığın gücləndirilməsi istiqamətində danışıqlar aparıblar.

Son xəbərlər
Digər xəbərlər