8 C
Baku
Thursday, January 23, 2025

Azərbaycanda qızıl istehsalının həcmi əvvəlki vəziyyətə qayıda bilməyib

Azərbaycanda qiymətli metal istehsalının həcmi ötən ildən qismən bərpa olunsa da, illik hasilat göstəricilərinin əvvəlki nəticəyə nail olmadığı müşahidə edilməkdədir.

Banker.az xəbər verir ki, keçən il Azərbaycanda 2 663 kiloqrama yaxın qızıl və 3 185 kiloqrama yaxın gümüş istehsal edilib.

Dövlət Statistika Komitəsinin yenilənmiş məlumatları ilə müqayisə edildikdə, qızıl istehsalının illik müqayisədə hələ də 3.5 faiz, gümüşün isə 14 faiz azaldığı müşahidə edilir.

İstehsalın son iki ildə düşməsinə səbəb 2023-cü ildə Gədəbəydə ekoloji məsələlərə görə rayonda qızıl və gümüş istehsalı ilə məşğul olan şirkətin fəaliyyətini dayandırmasıdır. Böyük Britaniyanın Azərbaycandakı şirkəti “Anglo Asian Mining plc” ötən ilin son iki rübündən istehsala başladığını bildirmişdi.

Azərbaycan keçən ilin ilk 10 ayında 3 464 kq həcmində qızılı $163.4 mln.-a İsveçrəyə satmışdı. Qızılın bir unsiyası ötən il dünya mərkəzi banklarının faizləri yumşaltması və geosiyasi risklər səbəbindən 2000 dollardan 2700 dollara qədər bahalaşma yaşadı.

Son üç ildə Azərbaycanda qiymətli metal istahsalı
Tarix Qızıl Gümüş
2021-ci il        3,347.4        4,859.6
2022-ci il        3,174.7        7,776.6
2023-cü il        2,614.0        3,853.3
2024-cü il        2,663.5*        3,184.9

 

*DSK-nin son statistikasında illik 96.5%-lə, yəni 3.5% azalma kimi göstərilir.

Son xəbərlər
Digər xəbərlər